Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və çılpaq qızları əks etdirən video ilə bağlı açıqlama yayıb.
ONN media xəbər verir ki, açıqlamada deyilir:
"Dünən - martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılmışdır.
Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilmiş və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmişlər. İstifadələrində olan "Land Rover" markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilmişdir.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək". Olaylar



DİN hərəkətə keçdi: Dünənki videoya görə 5 nəfər saxlanıldı
İt döyüşlərini təşkil edənlər saxlanıldı
Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi video ilə bağlı RƏSMİ AÇIQLAMA
Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı — RƏSMİ
Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı - DİN-dən açıqlama
SON DƏQİQƏ: Manaf Ağayev saxlanıldı - DİN
“Ruzigar” həbs olundu
2 dəfə evlənib boşanan şəxs 17 yaşlı qızı qaçırdı - AZƏRBAYCANDA
Müdafiə Nazirliyi bu qadınla bağlı məlumat yaydı
Müəllim şagirdə sataşıb? - Nazirlikdən açıqlama
DİN-dən koronavirusla bağlı şaiyə yayan həkimlə bağlı AÇIQLAMA
Bakıda narkokuryerlər saxlanıldı - Video
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 