ONN media xəbər verir ki, Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş "Komandir" romanı işıq üzü görüb.
Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə "CBC" nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.
Müəllifin bildirdiyinə görə, bu mövzular Azərbaycan oxucusu üçün tanış olsa da "Komandir" xeyli fərqli üslubda qələmə alınıb:
"Ən vacibi onun formasıdır. Bütövdür, fərqlidir, bizim mühitimiz üçün tamamilə yenidir. İkincisi, Raquf Orucovu mən bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülümü işə salmağa da xüsusi səy göstərməyə ehtiyac duymadım. Çünki həyatı çox zəngindir. Baxmayaraq ki, əməliyyatlarının heç birindən heç nə danışmayıb, amma bunları bilən və danışan adamları tapmaq çətin olmadı."
Müəllif kitabla bağlı daha sonra bunları deyib:
"Raquf Orucovu bu cür yaxından tanıdığım üçün taleyimə minnətdaram. O, torpaqlarımızın geri qayıdacağına məni xeyli inandırdı. Bir gün o möhtəşəm hadisə baş versə, bu, mənim düşüncəmə görə, hamıdan çox Raquf Orucova görə olacaq. Mən onun şəxsində peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitini tanıdım, kəşfiyyatın nə olduğunu öyrəndim, gənclərimizin torpaq uğrunda nə qədər zəhmətlər çəkdiyinin şahidi oldum. Ümidvaram ki, yazdığım kitab onun adına layiqdir."



Aprel qəhrəmanının həyatı roman oldu
Raquf Orucovun oğlu məzun oldu
Torpağı şəhid, anası şəhid, özü şəhid Raquf Orucov
Nazirdən Raquf Orucovun oğluna diqqət
Raquf Orucovun ailəsində ağır itki
Raquf Orucovla bağlı MÜHÜM İŞ
Şəhid polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək
Raquf Orucovun anasının məzarı tapıldı
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - FOTO
Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu
Yunus Oğuzun "Ovçu" romanı dövlət mükafatına təqdim olundu
Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 