İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir. ONN media xəbər verir ki, bu sözləri “Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib. Sona Vəliyeva təlim-tərbiyə işində məktəblə valideynin birgə çalışmasının zərurətini bildirib: “Hər birimiz valideynik, hamınızın övladı var, onlar bizim canımız-ciyərimizdir. Ancaq bir məsələdə var ki, bu hadisələrin baş verməsində əsas səbəb ailələrin məktəblə təmasının güclü olmamasından irəli gəlir. Biz də məktəblərlə işləyirik. Məktəbin məsuliyyətini üzərinə götürən direktorla valideyn eyni məsuliyyət daşıyır, eyni ağırlığı çiynimizdə hiss etməliyik. Bu çox vacib məsələdir. İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir. Səbirlə, təmkinlə onların tərbiyəsinə çalışırıq. Bu ağırlığın bir ucu da məktəb direktorlarının, məktəbdə təlim-tərbiyə işləri ilə məşğul olanların üzərindədir. Mən özüm də bu işin içindəyəm. Keçmişdə bir rayonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gəldi. Biz isə dedik ki, olmaz, telefonu ondan aldıq, kənara qoyduq. Növbəti dəfə daha bahalı bir telefonla gəldi. Babası ilə söhbət apardıq, babası dedi ki, o, mənim həyatımdır, canımı da istəsə, verərik. Biz isə dedik ki, axı onun evini yıxırsınız. Siz onun tərbiyəsində bizə yardımçı olmalısınız. Bu məsələdə əlimizdən tuta bilməsəniz belə, barmağımızdan tutun. Məktəblərin sizin arzuladığınız kimi övlad böyütməsini istəyirsinizsə, o zaman hər birimiz heç olmasa, həftənin bir gününü məktəbə getməliyik, sinif rəhbəri ilə maraqlanmalıyıq”. Sona Vəliyeva vurğulayıb ki, məktəb və ailə sıx ünsiyyətdə olmalıdır: “Uşaq evdə "müəllim mənə filan sözü dedi" deyirsə, şikayət edirsə, valideyn əhəmiyyətinə varmadan müəllimin üzərinə gəlməməlidir. Uşağın yanında müəllimə haqq qazandırmalıdır, sonra müəllimə müraciət etməlidir. Hər biriniz valideynsiniz, belə hadisələrin olmasını istəmirsinizsə, məktəbdən ayağınızı çəkməyin. İctimai qurumlar da qayğı göstərməlidir. Uşaqlarınızın sosial şəbəkədə kiminlə əlaqə qurduğuna, kiminlə yazışdığına diqqət edin. Müəllimlər də, valideynlər də uşaqlarla dost olmalıdırlar. Uşaqlar sirlərini onlara deməlidir, çəkinməməlidir. Hesab etməlidir ki, müəllimlər də, ata-ana da onların dostudur. Qızlar anası, oğlanlar isə atası ilə dost olmalıdır. Hər bir sinif rəhbəri hər bir uşaqla dost olmalıdır. Məsələni psixoloqların üstünə atırıq. Əvvəllər psixoloqlar yox idi, sinif rəhbərləri hər şeyi edirdi. Ailə-məktəb-şagird üçbucağı düzgün qurulmalıdır”.
"Məktəb və ailə sıx ünsiyyətdə olmalıdır"



Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı
“Məni hədəfə alanların məqsədi həyat yoldaşımın fəaliyyətinə kölgə salmaqdır” – Sona Vəliyeva
Deputatlardan SOS: Məktəblərdə nələr dəyişməlidir?
Valideynlər buna görə həbs edilə bilər
Vətənpərvər gənc yetişdirmək cəmiyyətin və ailənin müqəddəs borcudur
Bakıda 20 min müəllim peyvənd olunacaq
Əflatun Amaşov: "MŞ-ya şikayətlərin 30 faizi məktəb direktorları və müəllimlər tərəfindən edilir"
Əli Əsədovdan QARABAĞ AÇIQLAMASI: "Sona qədər gedəcəyik"
Bakıda bu bağçaların fəaliyyəti dayandırıldı
“Kaspi”nin baş redaktoru işdən çıxdı
AŞPA prezidentinin Azərbaycana səfəri başladı
Əli Həsənov vəzifəsindən azad olunduqdan sonra ilk dəfə tədbirdə
Sabah Azərbaycanda yağış yağacaq
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun 