Bu, kifayət qədər ciddi bir problemdir və onun həlli istiqamətində cəmiyyətin bütün üzvləri əlindən gələni etməlidir.
ONN media xəbər verir ki, bu sözləri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi ilə bağlı danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.
“Bu, zəncirvari yayılacaq bir psixoloji durumdur. Buna görə də məktəb-valideyn əlaqələrinin yenidən gündəmə gətirilməsinə ehtiyac var. Həlqələr əsasən bu nöqtədə zəifləyib, nə məktəbin evdən, nə də evin məktəbdən xəbəri var. Məktəb-valideyn əlaqələri bərpa olunsa, bu kimi mənfi tendensiyaların da qarşısı alınar”, - deputat bildirib.
Millət vəkili bu kimi məsələlərə hər zaman müdaxilə etdiyini deyib:
“Baş vermiş son olayı diqqətdə saxlayırıq və məsələ ciddi nəzarətimizdədir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Dilarə Cəbrayılova da qeyd edib ki, bu cür halların baş verməsində məktəb rəhbərliyi də məsuliyyət daşıyır:
“Yaxşı müəllim şagirdinin halını hər zaman başa düşməlidir. Məktəblərdə savadlı psixoloqlara ehtiyac var. Elə psixoloqlar var ki, ümumiyyətlə, uşaqla danışmaq qabiliyyəti belə yoxdur. Ona görə də hesab edirəm ki, psixoloqlar da müəllimlər kimi imtahanla məktəblərdə işə götürülməlidir”.
Deputat üzvü olduğu komitənin baş vermiş hadisəni ciddi şəkildə diqqətdə saxladığını deyib:
“Hazırda istintaq gedir, araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən çox şey asılı olacaq. Təfərrüat tam aydınlaşandan sonra qəti mövqeyimizi bildirəcəyik”.axar



Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ CAVAB
Günahkar işdən qovulan direktordu? – Millət vəkili
Bakının daha bir məktəbində FACİƏ - XI sinif ŞAGİRDİ ÖLDÜ, ikisi isə...
Özünü məktəb binasından atan şagird öldü
Elina ilə bağlı ŞOK FAKTLAR- Direktor 2 saat...
Milli Məclis Jalə Əliyevayla bağlı məlumat yaydı
Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF
Bu deputatlara maşın verilir - Siyahı
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 