Azərbaycan Respublikasının Prezdenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırlıb.
Mükafatlandırılma mərasimində "Kaspi" Mətbuat və Təhsil mərkəzinin rəhbəri "Kaspi" qəzetininin təsisçisi,Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr Müavini Sona xanım Vəliyeva , Bilik fondunun icracı direktoru Oktay Səmədov və.s iştirak ediblər.
İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat komitəsinə 26 yazı daxil olub.
"Kaspi" qəzetinin təsisçisi S.Vəliyeva müsabiqəyə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edibki onların yazıları həm keçmiş , həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür. Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S. Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib. "Kaspi" qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu xatırladıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar.
"Azərbaycanın maarifçi qadınları" toplusunda akademik Zərifə Əlyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.
Fəridə Qafarova


“Kaspi”nin baş redaktoru işdən çıxdı
Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat...
Əli Həsənov vəzifəsindən azad olunduqdan sonra ilk dəfə tədbirdə
Əli Həsənov: "Özümü çox güclü hesab edirəm”
"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" adlı müsabiqənin qalibləri mükafatlandırıldı
Bakıda avtobuslarda xanım sərnişinlərə 8 Mart hədiyyəsi verildi
Qurban Qurbanov mükafatlandırıldı
“Erməniçilik müasir dövrün böyük problemi kimi” kitabın təqdimatı olub - BAKIDA
Əcnəbi rəsmilər Hüseyn Cavidə görə toplaşacaq
Prezident və xanımı Şuşada
“Nəsimi ili” ilə bağlı jurnalist müsabiqəsi elan olundu
Heydər Əliyev Cavidi qaytarmaqla... – Sona Vəliyeva
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 