Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. “Azəriqaz”dan ONN media -ya verilən məlumata görə, Bakı şəhərində və ətraf qəsəbələrdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması istiqamətdə işlərin icrası davam etdirilir. Dinamik artan qaz tələbatını və qaz təchizatı şəbəkəsinin mövcud texniki vəziyyətini nəzərə almaqla qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərləri çəkiməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Belə ki,qeyd olunan küçələr üzrə qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə müxtəlif diametrli borularla 10 000 metrdən artıq qaz xətləri çəkilmiş,hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır. Xətai rayonu ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4 500-ə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
Bu rayonlarda qaz kəmərləri yenidən qurulur



“Azəriqaz” İstehsalat Birliyi abonentlərin sayını AÇIQLADI
Abonentlərin sayı 2 144 476-a çatıb
“Azəriqaz” abonentlərinin sayı 2 milyon 154 mini keçdi
Bu ərazilərdə qaz yoxdur
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
Şəkidə qaz xətləri yenilənir
Bu ərazilərdə qaz olmayacaq
DİQQƏT - Sabah bu rayonlarda təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Laçında qaz olmayacaq
Sabah 70 minə yaxın ev qazsız qalacaq - Rəsmi
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 