“Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.
ONN media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində həmin ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Əli Subzvari ilə keçirdiyi ikitərəfli görüşlərdə deyib.
Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
R.Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Nazir bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.
Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən “Şimal-Qərb” və “Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



Azərbaycan və Aİ arasında vacib müzakirə
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Prezident komissiya sədrini dəyişdi - SƏRƏNCAM
"Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşəcək
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
DİQQƏT: Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq
Rəşad Nəbiyevdən yeni vəzifələri ilə bağlı AÇIQLAMA
AZAL-da yüksək vəzifəyə yeni təyinat olub
Elmar Məmmədyarov Bolqarıstanda nələri müzakirə edib?
Ərdoğan və Əliyev Cəbrayıla gedib
“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 