Azərbaycanın inkişafını, nüfuzunu gözü götürməyən ölkələr hər zaman ölkəmizə qarşı belə böhtan dolu bəyanatlar yayıblar.
ONN media xəbər verir ki, bu sözləri Britaniya XİN-in Azərbaycanla bağlı yaydığı bəyanata münasibət bildirən millət vəkili Jalə Əliyeva deyib.
O bildirib ki, Azərbaycanı terror törədilən ölkə adlandırmaq üçün heç bir sübut yoxdur və bu, sadəcə, ölkəmizə atılan növbəti çirkin iftiradır:
“Azərbaycan hər zaman böyük tədbirlərin ərəfəsində olanda ölkəmizə qarşı ayrı-ayrı qüvvələr tərəfindən belə qarayaxma kampaniyaları təşkil edilib. Heç bir qüvvənin əlində tutarlı əsası olmadığı üçün bu kampaniyalar öz təsdiqini tapmayıb. Hər birimiz yaxşı bilirik ki, bu qarayaxmaların arxasında erməni lobbisinə rəhbərlik edən qüvvələr dayanıb. Lakin Böyük Britaniya kimi bir ölkənin rəsmi qurumunun belə bir əsassız bəyanat verməsi, hesab edirəm ki, çox böyük məsuliyyətsizlik və hüquq pozuntusudur. Belə bəyanatlar dövlətlərarası münasibətə xələl gətirə bilər. Azərbaycan XİN bununla bağlı öz münasibətini bildirib və ümid edirik ki, Böyük Britaniya bu bəyanatla bağlı yeni açıqlama verəcək”.
Qeyd edək ki, mayın 29-da Avropa Liqasının finalı Bakıda keçiriləcək. Böyük Britaniya XİN Azərbaycana Avropa Liqası finalını izləmək üçün gələn vətəndaşlarına xəbərdarlıq edərək, Bakıda terakt təhlükəsinin olmasını, cinayətkarlıqla mübarizənin səviyyəsinin çox aşağı olmasını və insanların soyğuna məruz qala biləcəyini iddia edib.axar.az



Baş nazirin müavini: "Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunu dünyanın hər bir yerində bilirlər"
Fransız səfirin geri çağırılmasına rəsmi Bakıdan sərt reaksiya
Əli Həsənov: "Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik"
İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul etdi
"Bu məsələdə bir çağırış var" – Millət vəkili
Rəsmi Bakıdan İrəvana cavab
İlham Əliyev: Onlar öz arzularına çatmayacaqlar
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
İran cəsuslarının ifşa edilməsi...- Quliyevdən açıqlama
"Azərbaycan ordusu gücləndirilir" — Deputat
Rusiya televiziyasından Azərbaycana qarşı təxribat
Rusiyadan BƏYANAT: Bizdən üzr istəməlidir
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 