ONN İnformasiya Agentliyi

"Azərbaycan ordusu gücləndirilir" — Deputat

"Azərbaycan ordusu gücləndirilir" — Deputat
30-10-2019, 19:02


Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanı bu quruma sədr seçməklə, beynəlxalq aləmdə onların maraqlaırnın, mövqelərinin təmin edilməsi ilə bağlı mandat verməsi kimi dəyərləndirmək lazımdır.

Bunu “Ölkə.Az”a açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, bununla da Qoşulmama Hərəkatı Azərbaycana beynəlxalq sülhə, sabitliyə, əməkdaşlığa təhdid olan istənilən məsələ ilə bağlı  üzv ölkələrin maraqlarını təmin edərək, buna imkan verməməli, eyni zamanda həmin ölkələri məlumatlandırmalıdır. “Hesab edirəm ki, bu, Azərbaycan üçün çox böyük beynəlxalq  imkan yaradır, həmçinin ölkəmizin beynəlxalq aləmdəki  nüfuzunu daha da artırır”, - deyə millət vəkili qeyd edib. A.Quliyev əlavə edib ki, Ermənistan tərəfindən  işğal olunan torpaqlarımızın azad olunması üçün kifayət qədər diplomatik və siyasi əsas yarada bilib: “Bütün beynəlxalq ictimaiyyəti məlumatlandırıb ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz hüququndan istifadə edərək, işğala məruz qalan ölkə kimi öz topralarını işğaldan azad etmək hüquqna malikdir. Əgər belə bir zərurət yaranarsa Azərbaycan xalqı belə bir addım atacaq. Əminəm ki, onda beynəlxalq ictimaiyyət, Qoşulmama Hərəkatı, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. Bax, bu çox önəmli məsələdir. Biz bunun üçün bir tərəfdən danışıqları davam etdiririk, digər tərəfdən isə danışıqlar nəticə verməyəcəyi təqdirdə  Ali Baş Komandan bu istiqamətdə dahz ciddi addımlar atmaq barədə qərar verəcək. Onu da qeyd etmək istərdim ki, torpaqlarımızın güc yolu ilə azad olunması istiqamətində də çox ciddi addımlar atılır. Azərbaycan ordusu gücləndirilir. Hərbi-texnika baza yenilənir və yeni silahlar alınır. Bunlar heç də təsadüfi deyil. Bu gün Ermənistan üzərində əldə etdiyimiz ciddi diplomatik uğurlar, hərbi cəhətdən də uğurlarımızı tamamlayacaq. Hesab edirəm ki, bax bu baxımdna Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsinin çox böyük strateji əhəmiyyəti var”.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png