Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd edib. Qeyd edək ki, mayın 14-də jurnalistlərlə birlikdə Fatimə Əliyevanın atası məktəbə gəlib müəllimləri qızının intiharında ittiham edib.
Fatimə Əliyeva ilk dəfə danışıb.
ONN media xəbər verir ki, o bildirib ki, ibtidai sinfi bitirib 5-ci sinifə keçən zaman müəllimlər onunla pis davranmağa başlayıb:
"Müəllimlər uşaqlar arasında ayrı seçkilik edirdi. Varlı ailənin şagirdləri ilə yaxşı davranırdı. Onlara qızım, oğlum, canım, ürəyim deyə müraciət edirdi. Mən kasıb ailədənəm deyə mənimlə pis davranıb, əynimdəki paltarlara ilişirdi. Mənim əynim "kalkotqa" yox idi deyə hamının içində məni təhqir edirdi. Mənim üstümə gülürdülər.
Müəllimlərin sözlərindən sonra uşaqlar məndən uzaqlaşmağa başladı. Sinif rəhbərim Nigar Məmmədova mənimlə kobud rəftar edirdi. Bir neçə dəfə mənim ətəyimi dartırdı. Mənim ətəyim hər zaman uzun olub. Bir neçə dəfə sinifdə ağlamışam. Oğlan sinif yoldaşım olan qıza dağ keçisi söylədiyinə görə mən də ona cırcırama dedim. Həmin anda Nigar müəllimə anama zəng edib dedi ki, qızın burada oğlanlarla dalaşır. Mən müəllimə deyəndə ki, vəziyyətim yaxşı deyil, o mənə aktyorluq eləmə dedi.
Mən də atam məktəbə gələndə dedim ki, müəllimə mənə aktyorluq eləmə söyləyib. Atam Nigar müəllimə ilə danışanda o boynuna almadı. Həmin gün vəziyyətim yaxşı deyildi. Müəlliməyə yaxınlaşıb dedim ki, icazə verin evə gedin. O, icazə vermədi. Bahanə etdi ki, evə tək göndərə bilmərəm. Mən dərsə girdim. Müəlliməm dəftərimi istədi, tapa bilmədi. Ona görə də müəllimə mənə iki yazdı. İki aldığıma görə evə gəlmək istəmirdim.
Evə gəldim ki, 5 manat pulumu götürüb dönər alım yeyim. Sinif yoldaşımla danışdıqdan sonra evə gəlib atamın içdiyi 60 dərmanı götürüb pəncərənin qarşısında 5-5 içməyə başladım. Sonra ürəyim bulanmağa başladı. Getdim ki, yatım, özümə gəlim. Gözümü açanda xəstəxanada olduğumu gördüm. Müəllimlərim mənim yanıma xəstəxanadan çıxdıqdan sonra gəldi".olaylar



Fatimə həyat yoldaşına bağ evində xəyanət edib?
Müəllimi döyən direktordan ŞOK AÇIQLAMA
Bakıda müəllimdən şagirdinə qarşı utancverici hərəkət
Aygün Kazımova qaçırılıb?- ŞOK İDDİA
Rəqqasə Fatimə yenidən bıçaq altına yatır
“Mənə dedi ki, nə gündəsən?” -Rəqqasə Fatimə imicini DƏYİŞDİ
Bakıda məktəbin qadın müəllimləri DAVA ETDİ
"Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
"Məktəb və ailə sıx ünsiyyətdə olmalıdır"
"O, başdanxarabdır, anası dəlixanada da yatıb"- Nazpərinin qardaşından ağır sözlər
Azərbaycanlı müğənninin qızı AĞIR QƏZAYA düşdü - Maşın TIR-la toqquşdu
Rəqqasə Fatimə məhkəməyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 