Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin səlahiyyətləri əlindən alındı; onu MTN işinə görə həbsdə yatan Vidadi Zeynalovla birləşdirən məqamlar var
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyevin səlahiyyətlərini əlindən alıb. E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib.
E.Əzizovun bu qərarı verməsinə səbəb departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən təmiri zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır. Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Musavat.com bildirir ki, Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi bu yaxınlarda həbsdən buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ciddi dəstəyi ilə olub. R.Mehrəliyev dəfələrlə V.Zeynalovla qohumluğunu inkar etməyə çalışıb. Bildirilir ki, BŞİH-də departament rəisinin qardaşı, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev V.Zeynalovun yeznəsidir.musavat.com



Əzizov onun səlahiyyətlərini əlindən aldı
Prezident sərəncam imzaladı
Eldar Əzizovdan yeni təyinat
BŞİH: Maskasız təmizlik işçiləri- Foto
Meriyadan XƏBƏRDARLIQ- Hazır vəziyyətə gətirildi
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Eldar Əzizov Bakı “mer”inin seçki ilə seçilməsindən danışdı
Niyazi Bayramovdan YENİ TƏYİNAT
Eldar Əzizov sürüşmə zonasında
Məmurlar cəzalandırıldı: BU SƏBƏBƏ... - FOTO
Eldar Əzizov təqaüddə olan generala VƏZİFƏ VERDİ
Eldar Əzizovun qardaşı İŞDƏN ÇIXARILDI VƏ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 