Fövqəladə Hallar Nazirliyi Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir.
FHN-dən ONN media-ya verilən məlumata görə, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 30.06.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
tərcümeyi-hal; şəxsiyyət vəsiqəsi;təhsil haqqında sənəd (attestat və s.);hərbi bilet;sağlamlıq haqqında arayış (Forma № 086);Vərəm Əleyhinə Dispanserdən arayış; Dəri-Zöhrəvi Dispanserdən arayış; Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış; Narkoloji Dispanserdən arayış. Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) 17 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək qəbul olunur. Qeyd olunur ki, vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar. Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.



FHN sürücü axtarır
Daxili İşlər Nazirliyi müsabiqə elan edir
Nazirlik mülki işçilər axtarır
Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
FHN-də işləmək istəyənlərin nəzərinə
FHN-da işləmək istəyənlərin nəzərinə
DİQQƏT- Vakansiya var
DİN işçi axtarır
Müdafiə Nazirliyi 30 yaşadək şəxslərə müraciət etdi
DİN bu vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Bakı Metropolitenində polis şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 