Erməni tarixçilərinin illər boyu çalışdıqları Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi.
ONN media xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, tarix boyu düşmənimizin arxasında xristianlıq adından sui-istifadə edən bəzi keşişlər dayanıb:
“1916-cı ildə Venesiya şəhərində dünya ermənilərinin toplantısı keçirilir. Təşkilatçı Fransada anadan olan, Vatikan tərəfindən Venesiya şəhərində baş keşiş təyin edilən Arşak Çobanyan idi.
Toplantının əsas məqsədi “Türksüz Qafqaz” ideyası altında erməni xalqı üçün “qədim Qafqaz evi” tikmək idi. Yəni erməni tarixi yazılması istiqamətində güc ortaya qoyaraq Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi. Məqsəd Kilikiya kilsəsində tərtib edilən xəritədə Kiçik Asiyada yerləşdirilmiş “Hayastan” ölkəsini “Armeniya” adı ilə Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında olan torpağına köçürmək idi. Nəticə öz effektini qısa zamanda verdi, Fransa siyasi dairələrinin dəstəyi ilə “erməni tarixi” adlı əsərlər dünyada yayılmağa başladı və 1918-ci ildə Azərbaycan ərazilərində ilk olaraq Ermənistan Respublikası, iki il sonra isə 9 noyabr 1920-ci ildə rusların dəstəyi ilə “Erməni Sovet Sosialist Respublikası” yaradıldı. İrəvan və Zəngəzur torpaqlarının hesabına”.
Tarixçi alim ermənilərin saxta tarix yazması haqqında faktlardan danışıb:
“Arşak Çobanyan Vatikanda olan əlaqələrdən istifadə edərək, "erməni tarixi" adı ilə və guya qədim erməni keşiş-tarixçisi M.Xorenatsinin adından olan "əlyazmaları" orda arxivlərdə saxlamağa nail olur. O, din xadimi toxunulmazlığından yararlanaraq bütün əsas ölkələrin arxivlərinə yol açır və həmin arxivləri qısa zaman ərzində yazılan saxta tarixi kitabları və sənədlərlə doldurur. A.Çobanyanın erməni tarixi yazdırmaq üçün ilk yaxınlaşdığı fransız tarixçisi De Morqan olub. Həmin fransız tarixçi sonralar “erməni keşişləri başqa xalqlara məxsus olan əfsanələr hesabına tarixən bir qarış coğrafi ərazidə müstəqil dövlətləri olmamış babalarına əfsanəvi “dövlət” yaratmağa çalışırlar", - deyə qeydlər yazıb”.kult.az



“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
Mühüm bir dərs-TARİXÇİ ALİMLƏ
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Hayların Ön Qafqazda rus imperiya tarixi - adlı kitab çapdan çıxdı
Erməni yalanının ifşası Pakistan mətbuatında
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 