ONN İnformasiya Agentliyi

Azərbaycanda sahibkarlığın formalaşmasına və inkişafına vergi sisteminin təsiri -YENİ KİTAB

Azərbaycanda sahibkarlığın formalaşmasına və inkişafına vergi sisteminin təsiri -YENİ KİTAB
21 İyul 2023 - 15:40

İqtisadçı alim, hüquqşunas, Turan Araşdırma Mərkəzi İB-nin sədri Cavid İsmayılın “Azərbaycanda sahibkarlığın formalaşmasına və inkişafına vergi sisteminin təsiri” adlı növbəti elmi monoqrafiyası “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. 
Monoqrafiyanın elmi redaktoru, iqtisad elmləri namizədi A.A.Abdullayev,  rəyçi iqtisad elmləri doktoru  H.K.Cəfərovdur.
ONN media xəbər verir ki, monoqrafiyada bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasında sahibkarlığın yaradılması, formalaşması və inkişaf etdirilməsində vergi sisteminin rolundan, vergiqoymanın forma və prinsiplərindən bəhs olunur. Bundan başqa, monoqrafiyada bazar iqtisadiyyatının qanunauyğun təşəkkülü öz əksini tapmış, inkişaf etmiş aparıcı xarici ölkələrin o cümlədən ABŞ, Çin, Almaniya kimi dövlətlərin bu sahədə əldə etdikləri nailiyyətlər və onların respublika iqtisadiyyatında tətbiq edilməsi yolları araşdırılmışdır. 
Əsərin əsas istiqamətlərindən biri bazar iqtisadiyyatına keçid dövründə vergi münasibətlərinin tənzimlənməsində Respublikada əsaslı hüquqi bazanın yaradılmasının vacibliyi, vergi yükünün mövcud dövr üçün çox yüksək olmasının yol verilməz olduğu və sahibkarlığın inkişafı üçün keçid dövründə sahibkarlığın bəzi sahələrinin mərhələli inkişaf konsepsiyasının tədbiqi və sadələşdirilmiş vergi münasibətlərinin tədbiq edilməsinin vacibliyinin konkret istiqamətləri verilmişdi. 
Monoqrafiya ilk dəfə 1997-ci ildə AMEA-nın qərarına əsasən “Elm” nəşriyyatı tərəfindən kiril əlifbasında çap edilib və bu konteksdə Respublikada aparılan ilk sistemli elmi tədqiqatdır.
Monoqrafiya elmi işçilər, aspirantlar, tələbələr, sahibkarlar və digər iş adamları üçün nəzərdə tutulmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png