ONN İnformasiya Agentliyi

İqtisadçı deputat: “Neftin hazırkı qiymətləri müvəqqətidir”

İqtisadçı deputat: “Neftin hazırkı qiymətləri müvəqqətidir”
10 Noyabr 2017 - 14:43
Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. “2018-ci ilin dövlət büdcəsi haqqında” Qanun layihəsində qeyd olunub ki, bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barel çoxdur.
Hazırda isə dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Bu gün biralarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 65,97 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 57,11 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar azalaraq 63,84 dollar təşkil edib.
Milli Məclisin İqtisadisiyasət, sənayevə sahibkarlıqkomitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, neftin hazırkı qiymətləri müvəqqətidir:
“Hazırkı neft qiymətləri daha çox Səudiyyə Ərəbistanında baş verən korrupsiya faktları ilə bağlıdır. Bu qiymətlər uzun müddət qalıcı olmayacaq”.
V.Əhmədov bildirib ki, növbəti ildə neftin qiymətləri 50-55 dollar səviyyəsində qərarlaşacaq:
“Ona görə də dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində hesablanması ən uyğun variantdır”.
ONN media 
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png