ONN İnformasiya Agentliyi

Neft qiymətləri yüksəlişə keçdi – SƏBƏB

Neft qiymətləri yüksəlişə keçdi – SƏBƏB
04 May 2022 - 9:33

Çərşənbə günü neft qiymətləri Asiya ticarətinin başlanğıcında yüksəldi.

Buna səbəb ABŞ-da xam neft və yanacaq ehtiyatlarının azaldığını göstərməsinin tədarüklə bağlı narahatlıqları artırması oldu.

Belə ki, “Brent” markalı neft fyuçersləri 0,9 ABŞ dolları və ya 0,9% artaraq barreli 105,87 dollar olub. “WTI” markalı neftin fyuçersləri isə 1,00 ABŞ dolları və ya 1% artaraq 103,41 dollar/barelə çatıb.

Həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqının Moskvanın neft sənayesini hədəf alacaq yeni sanksiyalar üzərində işləməsi ilə bağlı xəbərlər də qiymətləri artırıb.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula von der Leyenin çərşənbə günü sanksiya planlarını açıqlaması gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png