Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.
ONN media xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.
Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.
Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.
Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır



Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
SON DƏQİQƏ: Bakıda bu məktəb koronavirusa görə BAĞLANDI - YENİLƏNDİ
Daha bir məktəb koronavirusa görə bağlandı
Bakıda daha bir məktəb bağlandı
Bakıda məktəb direktoru işdən ÇIXARILDI
Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi - RƏSMİ CAVAB
Bakıda şagirdlər müəllimi döyüb?
Azərbaycanda orta məktəb yandı: 21 şagird...
Xırdalanda direktor şagirdi döyüb?
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 