Masallı rayonunda evə basqın edərək ev sahibinə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.
Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Masallıda evə basqın olunub



Balakəndə kafeyə basqın olub
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
Sumqayıtda evə silahlı basqın edildi
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
Bakı sakininin bank hesabından pul oğurlanıb
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Qəbələdə 10 min siqaret oğurlayan şəxs tutuldu
Lerik polisindən əməliyyat: qardaşlar saxlanıldı
Bakıda kafeyə basqın: dəmiri başına çırpıb, qarət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 