ONN İnformasiya Agentliyi

Bakıda yaşlı qadın vəhşicəsinə QƏTLƏ YETİRİLDİ

Bakıda yaşlı qadın vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
28 Yanvar 2019 - 21:22

Yanvarın 27-də axşam saat 20:00-da Bakının Xətai rayonunda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş yaşlı qadının meyiti aşkarlanıb.

ONN media xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, cinayətin qurbanı 83 yaşlı Patimat Kucayevadır. O, Xətai RPİ-nin 35-ci polis bölməsinin ərazisi olan İnqilab İsmayılov küçəsindəki 52 nömrəli çoxmənzilli evlərin birində yaşayıb.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, qatil P. Kuçayevanın baş nahiyəsinə yeddi, sifətinə iki, boynuna isə bir bıçaq zərbəsi endirib. Qadının meyitini ilk olaraq qonşular aşkarlayıb. Kucayeva bir neçə gün evdən çıxmayıb və bu, qonşuları şübhələndirib.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Kucayeva bir neçə gün əvvəl öldürülüb. Hələlik qatilin hansı məqsədlə qadını qəddarcasına qətlə yetirdiyi məlum deyil.

Faktın araşdırılması üçün polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda cinayətin baş verdiyi yerdə kriminalistlər işləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png