ONN İnformasiya Agentliyi

Ramiz Zeynalovun qohumu qətlə yetirildi

Ramiz Zeynalovun qohumu qətlə yetirildi
01 Sentyabr 2019 - 14:06

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.

ONN media BakuPost-a istinadən xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png