Tahir TAHİROVİÇ, xüsusi olaraq ONN üçün.
İran sərhədi təzə açılmışdı. O taylı-bu taylı istəklər kəllə-çarxa vururdu. Bu taydakı evlərin divarlarını İran istehsalı olan saatlar bəzəyirdi. İran ağaları da bu tayda tozsoran və su matorlarını daşıyıb aparmışdılar.
Bir çoxları İranın “Sony” başmaqlarını xüsusi zövqlə geyinirdi . Hətta namaz qılanlar hədiyyəlik möhürlər daşıyırdılar. Amma o taydan ən çox təsbeh gətirirdilər. 101 kiçik muncuqlardan ibarət təsbehlər topa-topa hədiyyə verilirdi. Cavan oğlanlar və qızlar evdə bir küncə çəkilib təsbeh fırladaraq öz fallarına baxırdılar.
Günlərin bir günü həmin təsbehlərin birini Qəmbər Xeyrullayeviçə də hədiyyə elədilər. Bir həftə olardı ki, Qəmbər Xeyrullayeviçi Rayon Partiya Komitəsinin birinci katibi təyin etmişdilər. Onun sevincinin həddi-hüdudu yox idi. Keçmiş məktəb direktoru olmuş Abbas Sarıyev də Rayon İcraiyə komitəsində birinci müavin vəzifəsi verilmişdi. Onlar çoxdan dost idilər. Abbas müəllim dostunu təbrik etmək istəyirdi.
Qulamın qastranomundan Göy-göl konyakı alıb “RAYKOM"-a getdi. Qəbul otağına çatanda Qəmbər müəllimin katibəsi barmağını dodaqlarına yaxınlaşdırıb sus dedi. Abbas müəllimin qulağına içəridən səs dəydi. “Subhanallahi velhamdülillahi vela”. Bu Qəmbər müəllimin səsi idi. Abbas müəllimi gülmək tutdu və gözləmədən içəri daxil oldu.
Birinci katib tez təsbehi gizlədib siyirməyə atdı. Söhbət zamanı Qəmbər Xeyrullayeviç, Abbas Sarıyevdən respublikanın və özlərinin aqibətinin necə olacağını soruşdu. Abbas müəllim dedi ki, mən seyid övladıyam, anamın duaları mənə yetər, sən öz hayına qal. Qəmbər Xeyrullayeviç siyirmədən təsbehi çıxardıb Abbas müəllimə verdi və ardınca bu sözləri əlavə etdi : “Bunu seyid qızına ver, mənim üçün də dua eləsin ki, işlərim yolunda getsin. Birinci katib olmaq çoxdankı arzum idi”. Abbas, təsbehi alıb cibinə qoydu. Bir az söhbət etdikdən sonra, Qonaq evinə gedib Təhmasibin yanında şam edib araq içdilər.
Bu söhbətdən, təxminən, iki ay sonra SSRİ və Kommunist partiyası dağıldı. Qəmbər Xeyrullayeviçi vəzifədən azad etdilər. O vaxtdan Qəmbər Xeyrullayeviçi tez-tez Dənizkənarı bulvarda ağacların kölgəsində gəzən görərmişlər.
Tək-tənha gəzəndə belə dodağı altında pıçıldayarmış: ”Deyəsən, Abbas Sarıyev anasına məni yox, özünü tapşırıbmış... Çünki təsbehi ona verəndən iki ay sonra məni vəzifədən azad etdilər. Özü isə, iyirmi yeddi il vəzifədə qaldı.”



Bakıda maşın qiymətinə təsbeh satılır
Ayının infarktı - Tahir TAHİROVİÇ yazır
Əliyevdən Ərdoğana xüsusi hədiyyə - Video
Xamenei İranın öz vaksini ilə peyvəndləndi
Binəli Yıldırım İlham Əliyevə təsbeh hədiyyə etdi - FOTOLAR
Qalib Xudaverdiyev icra başçısının birinci müavini təyin edildi
Görkəmli diplomat II Fəxri xiyabanda DƏFN EDİLƏCƏK
"Bir topa adam" filmi təqdim edildi
Qaynarca görüşə gəlmədi, qazilərimiz qınadı
İran Rusiyaya raket kompleksi bağışlayıb - KİV
Prezident Rayon Partiya Komitəsinin binasında - FOTO
İran diplomatından Azərbaycanla bağlı cəfəng iddia
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 