Bu gün Türklərin Qədim yurdu Azərbaycanın Qərbi olan sonralar sovet-erməni ittifaqı ilə yaradılmış qondarma olaraq adını Ermənistan etdikləri torpaqlardan zorla ve kütləvi şəkildə sürgün edildiyi gündür. 23 dekabır 1948-ci il Mikoyanın hazırladığı Stalinin imzaladığı qərarla İrəvan xanlığı ərazilərindən soydaşlarımız zorla deportasiya olunublar.
ONN media xəbər verir ki, Türkiyədə yaşayan tanınmış yazar Nigar Ögeday bununla bağlı facebook sosial şəbəkəsində kiçik bir video-çarx hazırlayaraq Türk dünyasına müraciət edib. O, hazırkı Ermənistan torpaqları olan İrəvan xanlığı torpaqlarından olduğunu, babalarının məzarlarının düşmən tapdağında qaldığını, bütün nəslinin o yerlərdən sürgün edildiyini dile gətirib. "Bildiyimiz kimi Stalinin imzaladığı məlum qanlı qərar beş il davam edib. Bu iyrənc siyasət sovetler birliyinin o zamankı rəhbəri Stalinin ölümüylə durdurulsada aradan 40 il sonra, yəni 1988-ci ildə başa çatdırıldı. Əslində Stalin ve Mikoyanın məqsədi 1960-cı ilə qədər qədim türk yurdunu türksüzləşdirmək idi.
Bir sözlə ermənilər 40 il sonra türklərsiz Ermənistan arzularına qovuşdular. 1948-dən başlayan sürgün təkcə insanlarımıza qarşı deyildi, eyni zamanda bu torpaqlardakı tariximizə, mənəvi dəyərlərimizə, mədəniyyətimizə qarşıda bir soyqırım idi" deyən Ögeday ermənilərin qondarma soyqırım deyərək dünyanı ayağa qaldırdığı 1915-ci il təhcir qərarı bir soyqırım olmadığını vurğulayarak "Soyqırım 1948-53 cü illərdə Türklərə qarşı həyata keçirilən təhcir qərarı idi. Bu gün ermenistanda 1 Türk yoxdur. Türkiyədə isə milyonlarla erməni yaşayır. Ele bunun özü çox şey deyir". N.Ögeday həmçinin bu günlə bağlı nəyinki dünyanın, Türk dünyasının ögey münasibətindən də gileylənib. Xanım yazar 1948-ci il Kırım Tatarları, Ahıska Türkləri ve İrəvan türklərinə qarşı həyata keçirilən sürgün və soyqırım siyasətini xatırladaraq "nədənsə Krım Tatarları və Ahıska Türkləri ilə bağlı danışılsa da, İrəvan türklərinə tətbiq edilən bu faciəni kimsə dilə gətirmir. O isə eyni zamanda, bir birinə yaxın yerlərdə türklər oxşar faciəni yaşayıb. Ermənilərin xətrinə dəyər deyə kimsə bizim yaşadığımız faciəni anmaq istəmir. Sosial şəbəkələrdə belə bir cümlə yazmırlar. Təbii ki, bu ögey münasibət bizim canımızı acıdır.
Türk türkə fərq qoymamalıdır. Hamımız qardaşıq. Bilirəm erməni dərin dövləti həm Azərbaycanda, həmdə dünyada aktivdir. Bu məsələnin də gündəmə gəlməsindən çox narahatdırlar. Amma nə olursa olsun biz Ermənistan türklərinin yaşadıqlarını mütəmmadi dilə gətirməliyik. Bunların gələcək planlarına balta vurmaqdır. Mənim torpaqlarımın üzərində dövlət quran erməniyə heç bir zaman dövləti olmadığını xatırlatmayacağımıza qədər, biz çox torpaqlar itirəcəyik" deyə qeyd edib.
Nigar xanım son olaraq hər kəsə müraciət edərək bütün dostların bu sürgün və soyqırım qərarını gündəmdə saxlayaraq 70 il öncə başladılan köçürülmə, türklərdən təmizləmə siyasətini qınamağa çağırıb.
Can Türkoğlu, xüsusi olaraq ONN media üçün.
[embed]https://www.youtube.com/watch?v=DTLDlTOSyZY&feature=youtu.be&fbclid=IwAR39L6h3PEvPX8S80tRE858IU878_DrRaLFFQqjm6rbfRjGvSC_N56EC9yQ[/embed]



8-9 mart BALKAR TÜRKLƏRİNİN SÜRGÜN OLUNDUĞU GÜNDÜR
8-9 MART BALKAR TÜRKLƏRİNİN SÜRGÜN OLUNDUĞU GÜNDÜR
8-9 mart Balkar Türklərinin sürgün olunduğu gündür
İlham Əliyev - "...İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır..."
18 may 1944-cü il Krım tatarları sürgün edilib
Bu gün Mirəli Seyidovun vəfat etdiyi gündür
26 aprel Mirəli Seyidovun vəfat etdiyi gündür
18 may 1944-cü il Krım tatarları sürgün edilib
3 may Qaraçayların Dirçəlişi Günüdür
Qədim Türk yurdu İRƏVANsız – 100 İL TÜRKİYƏDƏ!
24 dekabr, Türksüzləşdirilən Türk torpağı - İRƏVAN!
İqdır təxribatına cavab: İrəvan türk torpağıdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 