Cavid İsmayıl, xüsusi olaraq ONN media üçün.
Vətənin azadlığı uğrunda minlərlə şəhid vermişik, əfsuslar olsun ki, bu gün də zaman-zaman şəhidlərimiz olur. Xalqımız SSRİ kimi qorxulu bir imperiyanın zəncirini darmadağın edərək azadlığını bərpa etdi. Daxildə sapı özümüzdən olan baltaların və Moskvanın müti qulları olan respublikanın o vaxtkı "rəhbərləri"nin müstəqilliyin ilk günündən bilərəkdən yaratdıqları xaos, özbaşınalıq, vətəndaş müharibəsi və s. qarşısını alan, xalqa arxalanan, həyatını Azərbaycana həsr edən müdrik şəxsiyyət Heydər Əliyev oldu.
O, vaxt xalqa xəyanət edən, əli bilavasitə və dolayısı ilə Azərbaycan xalqının qanına batmış milli satqınlar, xaricdən qidalanan Vətən xainləri, Azərbaycanda milli məsələləri bilərəkdən alovlandırmış mənəviyyatsızlar xalqımızın ənənəvi unutqanlığından istifadə edərək yenə də aramızda dolaşmaqdadırlar. Nəinki aramızda, hətta dövlət strukturlarında yenidən mövqe qazananlar və imtiyaz əldə edənlər də var. Bunların içində dünən xalqa xəyanət edən, Vətənin azadlığına YOX deyən, Heydər Əliyevə güllə atan, “Azərbaycan müstəqil yaşaya bilməz” deyərək iqtisadi cəhətdən "sübut edənlər" də az deyil.
Son zamanlar yenə də bəziləri şimal küləyinin, bir hissəsi cənub cərəyanının , bir hissəsi çürük və iylənmiş çox əsrlik Qərb avantyurasının təsiri altında çaqqal pusqusunda dayanmaqdadırlar.
"Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" deyən və dövlət qurumlarında çalışanlardan vətəndaşlara qayğı göstərilməsini tələb edən prezident İlham Əliyevin sözlərindən nəticə çıxarmayan, xalqı dövlətdən narazı salan məmur Heydər Əliyev siyasətinə xəyanət etməklə Vətənə xəyanət edir və belələri mütləq və mütləq cəzalanmalıdırlar. Və düşünürəm cənab prezident tez bir zamanda belələrini tarixin qara səhifəsinə göndərəcəkdir.
Bu şəkilə yaxşı baxın, Ümummilli lider Heydər Əliyev dizini qatlayıb şəhid qəbrini öpür! Bu gün əgər kimsə şəhid ailəsinə hörmət etmirsə onda insanlıqdan (yumşaq deyirəm) uzaq olması ilə yanaşı Vətənə də xəyanət edir. Xəyanətin isə böyüyü kiçiyi olmaz. Xəyanət, xəyanətdir! Unutmayaq ki, bir dəfə xəyanət edən mütləq ikinci dəfə xəyanət edəcəkdir. Sadəcə şərait gözləyir. Bu şəraiti isə, milli satqınlara vermək olmaz!
Tanrı Azərbaycanımızı qorusun!




Dövlət əmlakına bilərəkdən ziyan vurulur - VİDEO
"Vətən bizə əmanətdir" adlı kitab çapdan çıxdı
“Turan Araşdırma Mərkəzi” nin sədri təltif edilib
Vətən xainləri layiqli cəzalarını alacaqlar- Özəl
Tanrı qisas günümüzü yaxın etsin!!! CAVİD İSMAYIL YAZIR
Günahkarlar cəzalanmalıdır!!!-Cavid İSMAYIL yazır
Heydər Əliyev tərəfdaşları Səmədzadələrlə nəyə görə zamanında mübarizə aparıblar?
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
SİMASIZLARA... – Cavid İSMAYIL yazır
Vur, Azərbaycan ƏSGƏRİ! – Cavid İSMAYIL yazır
QHT sədri “Fədai” Medalı ilə təltif olunub
Fuad ABBASOV tək deyil - Cavid İSMAYIL yazır
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 