ONN media körpənizi anlamaq üçün sizə kömək edəcək məlumatları araşdırıb.
Bir uşağın bədən dilini anlamaq onun işarət dilini anlamaqdır. Bu, tamamilə yeni bir dünyadır. Ana və atalar uşaqlarına olan yaxınlıqlarından dolayı onların dilini başa düşürlər. Bir müddət sonra isə uşaqlarını müşahidə etmək ən sevdikləri məşğuliyyətə çevrilir və zamanla işarələri, mimikaları anlayıb onlara reaksiya bildirirlər. Beləliklə uşaq ilə ana-ata arasında yaxşı bir əlaqə inkişaf edir.
Uşaqlar ən çox üzə baxmağı sevirlər. Üzünüz uşağınızdan 20-25 sm-ə qədər məsafədədirsə, sizi rahatlıqla görə bilər. Üzünüzə baxdığında ürək döyüntüləri sürətlənir, ona görə də onunla danışın və bol-bol gülümsəyin.
Ağlamaq
Bir uşağın ilk ağlaması onun nəfəs alması və güvənsiz, bilmədiyi bir mühitə girməsi deməkdir. Uşağınız acdığı və uyğun olmayan formada yatdığı zaman ağlayacaq.
Çığıldamaq
Bir uşaq çığıldayır və göyərçin kimi səs çıxarırsa, deməli xoşbəxtdir.
Anidən qışqırmaq
Bu zaman uşaq həyəcanlanmış ola bilər. Ağlamağa başlamamışdan öncə daha sakit yerə aparın. Başını çevirdiyində ya da gözlərini bağlayıb sıxanda ağlamaq üzrə olduğunu anlaya bilərsiniz.
Ağzıyla axtarmaq
Bu zaman yeməyə nəsə axtarır. Yanağını oxşasanız, anasanın sinəsini axtarmaq üçün başını çevirəcəkdir.
Əmmək
Ağlayan uşaqlar üçün əmmək ən sıx qarşılaşan rahatlama üsuludur. Uşaq özünü rahatlatmaq üçün belə bir şey edəcək. İstədiyi verilsə belə yenə də bunu edə bilər.
Başını vurmaq
Bu, ailələri narahat edə bilər. Çox uşaq özlərinə olan zərəri və ya acısını düşünmədən belə bir şey edirlər. İrəli-geri ritmik şəkildə getməyi rahatlamaq üçün edirlər. Bu hal çox uzun müddət davam edərsə, həkimə aparın.
Təpikləmək
Bu, qazdan, çirklənmiş bezdən qaynaqlana bilər. Əvvəlcə bunları yoxlayın. Bundan əlavə uşağın xoşbəxt olduğu və oynamaq istədiyi anlamına gələ bilər ya da uşaq sadəcə olaraq ayaqlarını təpikləməyi sevir.
Yumruq sıxmaq
Aclığın işarəsi ola bilər. 3 aydan çox davam edərsə, həkimə göstərin.
Qulaqlarını çəkmək
Uşaq diş çıxartdığında qulaqlarını çəkir. Diş çıxarırsa, sərinləşdirici diş halqası ya da çiynəməsi üçün alma verin.
Dizlərini çəkmək
Bu, qarın nahiyəsində yaranan rahatsızlığın işarəsi ola bilər. Məsələn: ana südündən butulka südünə keçiş ya da 6 aylıqkən qatı yeməyə keçiş kimi dönəmlər.



Bunu edən anaların övladları daha AĞILLI OLUR
Utancaq uşaqla necə davranmalı?
DİQQƏT: Bu 6 üsul varsa demək siz övladınıza qarşı sərtsiniz
Rus dilinin rəsmi statusu LƏĞV EDİLİR
Uşaqlarınızı belə oturmağa qoymayın, YOXSA...
Mütəxəsisdən tövsiyyə-"uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin"
Portuqaliyada üzü olmayan uşaq dünyaya gəlib- ŞOK
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Körpələriniz haqqında bilmədikləriniz
Anadan övlada ötürülən xəstəliklər – SİYAHI
Bağçalarda tərbiyəçilər hansı meyarlara əsasən seçilir? - AÇIQLAMA
Uşaqlar üçün ən pis yer Əfqanıstandır - UNİSEF
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 