Küveytin geniş oxucu auditoriyasına malik gündəlik “Əl-Cəridə” qəzetinin 10 mart tarixli nömrəsində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin “Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi” sərlövhəli məqaləsi dərc edilib.
ONN media xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
Müəllif yazır ki, o, Azərbaycana getməzdən əvvəl Gürcüstan, Qırğızıstan, Bosniya və Herseqovina kimi oxşar iqlimi olan ölkələrə səyahət edib. Lakin Azərbaycanın gözəlliyinə və bu ölkənin memarlığına bənzər bir ölkə görə bilməyib. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xeyli inkişaf edib.
“Ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Küveyt Dövlətindəki səfirliyinin dəvəti ilə Küveyt Universitetinin nümayəndə heyətinin tərkibində Bakı şəhərində səfərdə oldum. Biz yüksək səviyyədə qarşılandıq və gözəl qonaqpərvərliyin şahidi olduq. Səfərimizin ertəsi günü biz Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdik. Sonra Heydər Əliyev Mərkəzində olduq. Burada Azərbaycan tarixinin bütün dövrlərini, inkişafını, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar, habelə çoxlu sayda əntiq əşyalar və Ümummilli Liderin klassik avtomobilləri ilə tanış olduq”, - deyə müəllif qeyd edir.
Omar Əl-Həbib səfər zamanı Azərbaycan Xalça Muzeyini də ziyarət etdiklərini, bu ölkənin tarixən özünün gözəl həndəsi ornamentlərlə bəzədilmiş xalçaları ilə məşhur olduğunu bildirir. O yazır: “Sonra Bakıdan iki saat yarım aralıda yerləşən qədim tarixə malik İsmayıllı rayonuna və yüksək dağlıq ərazidə yerləşən qədim Lahıc kəndinə səfər etdik. Bu kənd çox gözəldir, sakinləri çox mehriban və sadədirlər. Kənddə qədim tarixə malik binaların şahidi olduq. Daha sonra isə yaşıl dağların ətəyində yerləşən, gündüz mülayim, gecə isə sərin iqlimə malik Qəbələ şəhərinə səfər etdik”.
Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan fərqli və möhtəşəm ölkədir. Müstəqilliyini 27 il əvvəl bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində inkişaf etmiş ölkələrdən birinə çevrilib. Ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir.



Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Küveytdən Qarabağ məsələsində Azərbaycana DƏSTƏK
12 noyabr- Azərbaycanda Konstitusiya Günüdür
Məmurların maaşı verilməyəcək- Səbəb isə...
İlham Əliyev Küveytin əmiri və hökumət başçısını təbrik etdi
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Bu gün Azərbaycanda Bayraq Günü qeyd olunur
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
“Al-Monitor” saytı: İran Azərbaycanı seçir
Ərdoğan ən çox hansı ölkədə olub: 8 ildə 81 səfər
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 