Amerikada Yel Universitetinin neyrobioloqları beyni bədəndən kənarda yaşatmaq üsulu tapıblar.
ONN media "MIT Technology Review” nəşrində dərc olunan tədqiqatın nəticələrinə əsasən xəbər verir ki, professor Neyad Sestan rəhbərliyi ilə aparılan eksperimentlər qəssabxanadan alınmış yüzlərlə donuzun başı üzərində aparılıb.
Alimləri ilk növbədə heyvanların beyni maraqlandırıb: onlar heyvanın başından götürdükləri beyində qan dövranını süni yollarla bərpa etməyə çalışıblar. Nəticədə tədqiqatçılar "BrainEx” adlı xüsusi sistem hazırlayıblar. Həmin sistem beyni onun müxtəlif hissələrinə oksigen çatdıran xüsusi mayenin dövr etdiyi qapalı qablara və borucuqlara qoşmağı nəzərdə tutur. Sistemin iş prinsipi belədir: heyvanın başı kəsildikdən təxminən dörd saat sonra alimlər "BrainEx”i beynə qoşurlar. Bundan sonra beyin 36 saat müddətində yaşamını davam etdirir. Bununla belə, elektrodlar şüuru bərpa edə bilmir, onu yalnız koma vəziyyətinə gətirə bilir.
Araşdırma müəllifləri gələcək tədqiqatlarda şüurun bərpasına da nail ola biləcəklərini güman edirlər. Onların fikrincə, indiyə qədərki tədqiqatlarda uğursuzluğa səbəb süni qanın tərkibində neyronların fəallığını zəiflədən çoxlu maddələrin olmasıdır. Professor N.Sestanin qənaətinə əsasən həmin sistem istənilən canlı orqanizmlə işləyə bilər.
Tədqiqat universitetin əxlaq komitəsində xeyli mübahisəyə səbəb olsa da, növbəti mərhələdə araşdırmalara insan beyninin cəlb edilməsinin mümkünlüyünə görə maraq doğrurub.



Doğan qadınların beyni subaylara nisbətən daha gəncdir - ALİMLƏR
Siçana insan beyni köçürüldü - Nəticələr ŞOKA SALDI
İnqilabi KƏŞF: insultdan bir saat sonra verilsə...
Siqaret çəkənlərin DİQQƏTİNƏ
Telefon və kompüter beyini yandırır - ŞOK ARAŞDIRMA
İnsan beynini yoran QİDALAR hansılardır?
Bu şəxslər heçvaxt kökəlmir
Seçdiyiniz sənət beyninizi kiçildə bilər
Bu şəxslər heç zaman kökəlmir
İtmiş, oğurlanmış heyvanlar bu cür tapılacaq - Yeni sistem
Yaddaş itkisinin müalicəsi tapıldı
Stressi azaldan qeyri-adi üsul
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 