Cəmiyyətin diqqətini çəkən və geniş müzakirələrə səbəb olan 32 saatlıq cərrahiyyə əməliyyatı ilə bağlı ciddi suallar gündəmə gəlib. Uzun müddət davam edən bu prosesin tibbi əsasları və protokollara uyğunluğu şübhə altına alınıb.
ONN media xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb.
Ataşova Respublika Diaqnostik Mərkəzinin rəhbərliyinə və Səhiyyə Nazirliyinə müraciət edərək, əməliyyatın detallı izahını tələb edib:
“Zəhmət olmasa, cəmiyyətin marağını nəzərə alaraq, bir sualımızı cavablandırasınız: 32 saat ərzində həkim otaqda konkret olaraq nə ilə məşğul olub? Çünki beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır. Belə olan halda, həkiminizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?
Daha bir xahişimiz budur. Cəmiyyətə addım-addım, detallı şəkildə izah edəsiniz ki, bu 32 saat hansı mərhələlərdən ibarət olub, hansı prosedurlar aparılıb, fasilələr necə təşkil olunub, pasiyentin həyati göstəriciləri necə izlənib və ən əsası, bu proses hansı tibbi meyarlara əsaslanıb? Çünki şübhəsiz ki, belə “unikal” əməliyyat tibbin inkişafında yeni səhifə açır və bəlkə də Ginnesin Rekordlar Kitabına düşməyiniz üçün əla fürsətdir - əlbəttə, məqsədiniz şan-şöhrət üçün xalqı aldatmaq deyildisə...”
Qeyd edək ki, beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir rast gəlinən “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamladığı haqda sosial şəbəkədə məlumat və görüntü paylaşıb. Ağır və riskli cərrahi müdaxilədən sonra həkimin döşəmədə uzandığı görünür. O, bu dramatik anı sosial şəbəkədə bu sözlərlə paylaşıb: “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər



Nazirlər Kabineti tibbi maska ilə bağlı qərar verdi
Trabzon hava limanı 3 saatlıq bağlandı
Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
Kliniki Tibbi Mərkəzdən türk tələbənin iddialarına cavab
İmmuniteti gücləndirməyin ASAN YOLLARI
ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq
SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir — RƏSMİ
Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı
Türkiyədə 9 saatlıq komendant saatı TƏTBİQ EDİLDİ
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - SƏRƏNCAM
Bakıda daha bir yolda sürət həddi endirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 