Azərbaycanda balıq məhsullarına maraq ilbəil artır. Lakin istehlakçılar üçün ən önəmli məqam aldıqca balığın təzə olub-olmadığını müəyyənləşdirməkdir. Mütəxəssislər bildirirlər ki, bir neçə sadə qaydaya əməl etməklə balığın keyfiyyətini yoxlamaq mümkündür.
ONN media xəbər verir, əvvəla, balığın gözləri parlaq və şəffaf olmalıdır. Əgər gözlər bulanıq və batıqdırsa, bu, balığın köhnə olduğunu göstərir. Pulcuqları və dərisi parıltılı, elastik və bərk olmalıdır. Əlinizlə basdıqda iz qalırsa, həmin balıq artıq təzəliyini itirib.
Digər vacib məqam isə qoxudur. Təzə balıq dəniz və ya çay suyu kimi yüngül qoxuya malik olur. Əgər kəskin və xoşagəlməz iy hiss edilirsə, bu, məhsulun yararsız olmasının əlamətidir.
Mütəxəssislərin sözlərinə görə, həmçinin qəlsəmələrə diqqət etmək lazımdır. Təzə balığın qəlsəmələri qırmızı və nəm olur, köhnə balıqlarda isə boz və qurumuş vəziyyətdə görünür.
Ekspertlər vətəndaşlara məsləhət görür ki, balığı yalnız etibarlı satıcılardan və sertifikatlı mağazalardan alsınlar. Bu həm sağlamlıq, həm də qida təhlükəsizliyi baxımından vacibdir.
İstehlakçılar üçün ən sadə qayda isə belədir: balıq təzədirsə, həm görünüşü, həm də qoxusu ilə bunu dərhal hiss etdirmək qabiliyyətinə malikdir



Balığın köhnə olduğunu necə bilmək olar?
Təzə balığı seçə bilirsinizmi?
Balıq alarkən bunlara diqqət edin
Balıq alarkən nəyə diqqət etməli?
Balığın insan bədəninə hansı ZİYANLARI VAR?
Bu ay hansı balıqları yemək olar?
DİQQƏT- Marketlərdə zəhərli balıq satılır
Daban balığının faydaları
Azərbaycanda qeyri-adi balıq tutuldu - Həm üzür, həm də sürünür - VİDEO
Yeni bazarda balıqlar neçəyə satılır? - QİYMƏTLƏR
Sağlamlıq üçün ən faydalı balığın adı açıqlandı
Alış-veriş edərkən mütləq bunlara diqqət edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 