Sosial şəbəkədə əxlaqsızlıqla məşğul olan şəxs inzibati məsuliyyətə cəlb edilib.
ONN media xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Füzuli rayon sakini 1994-cü il təvəllüdlü T.Məmmədov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Bildirilib ki, özünü cinsi azlıq nümayəndəsi kimi təqdim edən şəxs instaqramda izləyici sayı 2295 nəfər olan profilində mobil nömrəsini paylaşıb. O özünün də qeyd etdiyi kimi paylaşdığı videogörüntülərində hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmadan cazibəsini göstərmək üçün bədəninin müxtəlif hissələrini nümayiş etdirib. Bununla da sosial şəbəkədə əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək, cəmiyyətə açıqcasına hörmətsizlik etmək yolu ilə xırda xuliqanlıq edib.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 32 yaşlı şəxs 10 sutkalıq həbs edilib.



Prezident təsdiqlədi: Sayt və sosial şəbəkədə...
XƏBƏRDARLIQ- Cərimə oluna bilərsiniz
İnternetdə paylaşdıqlarına görə məsuliyyətə cəlb edildi
Azərbaycanda daha bir məşhur həbs olundu
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Məktəbə sərxoş daxil olan şəxs həbs edildi
Ordumuz haqqında xəbərə görə bu şəxs həbs olundu
Azərbaycanda paylaşıma görə sosial şəbəkə istifadəçisi həbs olundu
Daha 2 tiktoker saxlanıldı
Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi
Türkiyə bayrağına hörmətsizlik edən şəxs həbs edildi
“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 