Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.
Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.
Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib



Gədəbəydə hərbi hissəyə daş atan şəxs həbs edildi
Bakıda məktəbdə insident törədən valideyn həbs edildi
Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib
Keçmiş polis insident törətdi: Həbs olundu
Bakının məşhur restoranında dava olub
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
Bakıda polisin saxladığı şəxsdən ağlasığmaz addım
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Azərbaycanda dəhşətli hadisə: 13 yaşlı qızı atası və qardaşı...
Hacıbəyovun heykəlinə daş atan şəxs həbs edildi
Polis Tovuzda 2 toy aşkar etdi - İŞTİRAKÇILAR CƏRİMƏLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 