Macarıstanlı cərrah Jolt Dubotski ürək nahiyəsindən bıçaq zərbəsi alan 30 yaşlı gənci küçənin ortasında ağır əməliyyat edərək ölümdən qurtarıb.
ONN media xəbər verir ki, bu qeyri-adi hadisə barədə Budapeşt Milli Onkologiya İnstitutu rəsmi açıqlama yayıb.
Dubotski sözügedən tibb müəssisəsinin baş cərrahı vəzifəsində çalışır və işdənkənar vaxtlarda Hava Təcili Yardım Xidməti QHT-də könüllü fəaliyyət göstərir. Aprelin 26-da onun rəhbərlik etdiyi briqada bıçaqlanmış şəxsə kömək məqsədilə təcili çağırışa yollanıb.
Tibb işçiləri yaralının vəziyyətinin kritik olduğunu və klinika binasına çatdırılmasının böyük risk daşıdığını müəyyən ediblər. Xəstənin həyatda qalması üçün sadəcə bir neçə dəqiqəsi qaldığını görən Dubotski dərhal yerindəcə cərrahi müdaxiləyə başlamağa qərar verib. O, cəmi yeddi dəqiqəyə xəstənin döş qəfəsini açaraq zədələnmiş və döyünən ürəyə tikiş qoyub.
Həkimin verdiyi bu cəsarətli qərar nəticəsində yaralı gəncin həyatı xilas olunub. Küçədəki təcili tibbi müdaxilədən sonra xəstə helikopter vasitəsilə hospitala köçürülüb. Xəstə ona ikinci həyat bəxş edən Dubotskiyə və bütün tibb heyətinə artıq öz minnətdarlığını bildirib.



Azərbaycanda 43 yaşlı məşhur həkim vəfat etdi
Küçənin ortasında yoldaşını baltaladı
Altı yaşlı uşaq hamilə anasını BELƏ XİLAS ETDİ
İlk dəfə insana süni ürək qoyulub
Azərbaycanda BİR İLK: Xəstəyə iki qaraciyər köçürüldü
Koronaya yoluxan pasiyentə ağciyər köçürüldü
Azərbaycanda bir İLK
İki yaşlı uşağın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Marodanın ölümündə onun ADI ÇƏKİLİR
Bakı-Sumqayıt yolunda ağır qəza - YARALILAR VAR
Elmar Vəliyevin vəziyyəti necədir? -AÇIQLAMA
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 