"Skype" videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer") istifadə etmək məcburiyyətində idilər.
ONN media xəbər verir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows", "Mac", "iOS", "Android" və hətta "Linux") dinləmək mümkün olacaq.
"Skype" proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.
Cari ilin yazında "Microsoft" korporasiyası "Android" mobil sistemi üçün "Skype" proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.



“WhatsApp”dan YENİ FUNKSİYA
“Skype”ın işində ciddi pozuntu
Bu telefon sahiblərinin diqqətinə
“WhatsApp”da daha bir YENİLİK
"WhatsApp"da YENİLİK - Mesajlarınıza görə arxayın ola biləcəksiniz
“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama
“iOS 13” təqdim edildi
"WhatsApp"dan YENİLİK: Bunu seçsəniz, foto və videolar YOX OLACAQ
"Whatsapp"da YENİLİK
"WhatsApp"da YENİLİK: peşmanlığa son qoyulur
"Whatsapp"dan daha bir YENİLİK
“WhatsApp”dan sevindirəcək YENİLİK
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 