İctimai hovuzlarda xüsusən uşaqlar çox ciddi xəstəliklərə yoluxa bilərlər.
ONN media bildirir ki, bu barədə türkiyəli fitoterapist Buğra Buyrukçu açıqlama verib. O, udulan hovuz suyunun orqanizmi qorxunc xəstəliklərə yoluxdura biləcəyini deyib.
"Udulan hovuz suyu dizenteriya, bağırsaq çöpü, tif, şiqella kimi saysız hesabsız bakteriyalara yol aça bilər" deyən mütəxəssis uşaqlarını hovuza aparan ata-anaları ehtiyatlı olmağa çağırıb: "Steril olmayan hovuzlar təhlükə saçır. Hovuza girənlərin gigiyena qaydalarına riayət etməməsi səbəbindən, su xlorlu da olsa, mikroblara, xəstəliklərə yoluxma qaçılmazdır.
Bu vəziyyət xüsusən uşaqların sağlamlıq durumunu təhlükəyə atır. Qarınişləmə, qusma, qulaq, burun, boğaz və ya göz infeksiyası, dəri xəstəlikləri hovuzdan istifadə edənlərdə çox rast gəlinir".
B. Buyrukçu hovuza girən uşaqları bakteriya, virus və göbələklərdən qorumağın yollarını da açıqlayıb: "Hovuza girməzdən əvvəl mütləq duş alınmalıdır. Hovuzdan çıxdıqdan sonra da sabunla çimilməlidir. Uşaqlara hovuz suyunu udmamaq barədə ciddi xəbərdarlıq etmək lazımdır.
Uşağın bədənində kəsik, sıyrıq və yaxud yara varsa, hovuza girməsinə qəti icazə verməyin. Təmizliyinə cüzi də olsa şübhə etdiyiniz hovuza girməyin".
Fitoterapist hovuzdan çıxdıqdan sonra bakteriya və infeksiyaya yoluxmanın əlamətlərini də sadalayıb: "Həzm sistemində başlayan problemlər adətən uşaqlarda qarın ağrısı, qarınişləmə, qusma və bir az yüksək temperaturla müşayiət olunur.
Belə olduqda, çox miqdarda su və pəhriz qidalanma ilə xəstəliyə müdaxilə etmək lazımdır. Əgər bunlarla da əlamətlər getməsə, o zaman həkimə müraciət edilməlidir.
Hovuzdan sonra yaranmış qulaq və göz problemləri, göbələk xəstəliklərinə görə də mütəxəssislə məsləhətləşmək lazımdır".



DƏHŞƏT - Qadın ac akulalarla dolu hovuza düşdü
Yayda quruyan dəriyə qarşı 5 ÇARƏ
Hovuz və dəniz suyu kor edə bilər
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini... - ŞOK YAŞADAN OLAY
Karantin Bakıda hovuzları bahalaşdırdı - 3500 manata...
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Qızılcaya yoluxma ilə bağlı təhlükəli vəziyyət gözlənilir?
Həkimdən gözlənilməz açıqlama: Pul boğaz ağrısı yaradır
Açıq satılan qidaların TƏHLÜKƏSİ
Bakı çimərliklərində qiymətlər necədir?
Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 