ABŞ-ın Pensilvaniya universitetinin psixoloqları yeni tədqiqatın nəticələrini açıqlayıblar.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək tənhalıq hissini artırır və depresiyaya səbəb olur. Nəticələr “Journal of Social and Clinical Psychology” jurnalında dərc edilib.
Alimlər aktiv olaraq Facebook, İnstagram, Snapchat-dan istifadə edən 143 tələbə üzərində təcrübə aparıblar. Bundan əvvəl isə könüllülərin əhvalını müəyyən etmək üçün sorğu aparılıb. Eyni zamanda statistika vasitəsilə sosial şəbəkələrdə keçirilən vaxt ölçülüb.
Sonra isə tələbələri iki qrupa ayırıblar. Birinci qrupda könüllülər sosial şəbəkələrə əvvəl ayırdıqları qədər vaxt ayırıblar. İkinci qrup üzvləri isə sosial şəbəkələrə gün ərzində 10 dəqiqə ayırıblar. Təcrübə 3 həftə davam edib. Təcrübə başa çatdıqdan sonra alimlər xüsusi anket hazırlayıblar və onu tələbələrə təqdim ediblər. Anket sosial dəstək, mühitdən təcrid edilmə, tənhalıq, həyəcan, depresiya, özgüvən və özünü dərk kimi göstəricilərə malik olub.
Məlum olub ki, tənhalıq və depresiya birbaşa olaraq sosial şəbəkədə keçirilən vaxtdan asılıdır.
Təcrübə qrupunun rəhbəri Melissa Q.Hant deyib:
“İroniyadır, sosial şəbəkəyə daha çox diqqət ayıran daha çox tənha olur. Bunun səbəbi şüuraltı müqayisədir. İnsan İnstaqramda digərlərinin həyatındakı hadisələrə baxır və düşünür ki, hamı ondan yaxşı yaşayır”.



Sosial şəbəkələrə girş yenə bağlandı
“İnstagram” və “Facebook”dan YENİLİK
İnsultdan yayınmağın əsas üsulu nədir?
Sosial şəbəkələrə CƏRİMƏ KƏSİLDİ
“Facebook” və “Instagram” niyə işləmir? - RƏSMİ AÇIQLAMA
Məktəblərdə uşaqlara qoyulan qadağa onlara necə təsir edir?
İki ay qazlı içki içən sıçanın inanılmaz dəyişimi
Alimlərdən xəbərdarlıq - Çox yatmaq...
DTX bu şəxslərə xəbərdarlıq etdi
Koronavirusun şiddətinə təsir edən FAKTOR
Kivinin inanılmaz faydaları
Telefonlar insanı qocaldır - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 