Xarici Xidmət İnstitutu (FSİ) ingilis dilinin daşıyıcısı tərəfindən digər dillərin öyrənilməsinə sərf edilən təxmini vaxt əsasında dillərin siyahısını hazırlayıb.
ONN media oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib.
Siyahının müəllifləri 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər.
Tədqiqatlara əsasən, I kateqoriyaya ingilis dilinə yaxın olan 10 dil daxil edilib. Onların öyrənilməsi üçün 23-24 həftə lazımdır. Buraya afrikaans (holland dilində dialekt), norveç, flamand, Danimarka, portuqal, rumın, ispan, isveç, fransız və italyan dilləri daxildir.
II kateqoriyaya təkcə alman dili düşüb - 30 həftə.
III kateqoriyada üç dil var. Ekspertlər hesab edirlər ki, ingilislər 36 həftəyə İndoneziya, malay və suaxili dillərini öyrənə bilərlər.
Dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.
Və nəhayət ingilislər üçün ən çətin sayılan beşinci kateqoriyada iki çin dialekti, həmçinin ərəb, yapon və koreya dilləri daxil edilib. Bu dilləri öyrənmək istəyənlərə 88 həftə və ya 2200 saat lazım olacaq.



DİM gələn il keçiriləcək qəbul imtahanı ilə bağlı hazırlığa başladı
Ukraynadan GÖZLƏNİLMƏZ ADDIM: bu əlifbaya keçilə bilər
Azərbaycanda yeni institut yaradıldı - İlk dəfə
DİM-dən imtahanlarla bağlı YENİLİK
25 dil bilən azərbaycanlı poliqlot - O, 20 günə bir dili öyrətmək zəmanəti verir
Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Azərbaycanda daha 8 ingilis dili mərkəzi açılacaq
MİQ üzrə müsahibə mərhələsi başlayır
DİM gürcü dilini bilən mütəxəssis axtarır
Bu sosial şəbəkələrə giriş pulsuz olacaq – SİYAHI
Növbəti sertfikasiya imtahanı nə vaxt keçiriləcək?
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 