“British Council Azərbaycan” 2018-ci ildə Təhsil Nazirliyinin və Böyük Britaniya hökumətinin dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə və Lənkəranda daha 8 ingilis dili mərkəzi açacaq.
ONN media AZƏRTAC-a istinadən bildirir ki, mərkəzlərin təsis edilməsinin əsas məqsədi Azərbaycanda ingilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına çıxış imkanları yaratmaqla yanaşı, onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir.
İngilis dili mərkəzləri yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün müstəqil öyrənmə, dərsdən kənar fəaliyyət və ünsiyyət bacarıqlarının inkişafı üçün imkan yaradacaq. Həmçinin mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar təklif ediləcək.
Məktəblilər bu mərkəzlərdə oxu üçün kitablar əldə edəcək və filmlər izləyəcəklər. Mərkəz şagirdlərə həm üzbəüz, həm də online şəkildə digər ingilis dilini öyrənənlərlə ünsiyyət qurmaq imkanı verəcək.
İngilis dili mərkəzləri zəngin kitab resursları, jurnallar, DVD-lər və “British Council”ın ingilis dilinin öyrənilməsi üçün elektron resursları və proqramları yüklənmiş kompüter və planşetlərlə təmin olunacaq. Bu mərkəzlər sadə bir kitabxana olmaqdan daha çox, sinif otaqlarında tədris edilən ingilis dili qabiliyyətlərini real üzə çıxaracaq bir məkandır.
Qeyd edək ki, “British Council Azərbaycan” ilk ingilis dili mərkəzlərini Təhsil Nazirliyinin dəstəyi ilə ötən il oktyabrın 25-də Bakıda yerləşən iki seçilmiş orta təhsil müəssisəsi və Müəllimlərin Peşəkar İnkişaf Mərkəzində açıb.



Ukraynadan GÖZLƏNİLMƏZ ADDIM: bu əlifbaya keçilə bilər
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli açıqlandı
Məktəblərdə qiymətləndirmə bu qaydada aparılacaq
MİQ üzrə müsahibə mərhələsi başlayır
Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR
Valideynlərdən pul tələb edən müəllimin aqibəti necə oldu?
Müəllim olmaq istəyənlər imtahan verir
Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib
Müəllimlərin sertifikatlaşdırma imtahanları başladı
Dərsliklərlə bağlı dəyişiklik olacaq
“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edildi
Nazirlikdə işə düzəlmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiyalar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 