ONN İnformasiya Agentliyi

Elmə məlum olmayan yırtıcılar tapıldı

Elmə məlum olmayan yırtıcılar tapıldı
19 Yanvar 2021 - 20:46

Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.

ONN media  xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini “Queensland” Muzeyinin alimləri tapıb.

Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.

Araşdırmanın məqaləsi “Science Media Exchange”də yayımlanıb.

Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png