ONN İnformasiya Agentliyi

Telefonların həddindən artıq qızmasına həll tapıldı

Telefonların həddindən artıq qızmasına həll tapıldı
11 Dekabr 2019 - 1:23

Araşdırmaçılar, elektrik cərəyanı istifadə etmədən kompyuterə məlumat yığmanın bir yolunu kəşf etdi. Bu texnologiya sayəsində daha sürətli əməliyyat keçirə bilən və enerji qənaəti sayəsində istiləşmə problemi yaşamayan texnoloji cihazlar istehsal edilə biləcək.

ONN media deyerler.org-a istinadən bildirir ki, Sinqapur Dövlət Universiteti Elektrik və Kompyuter Mühəndisliyi bölməsinin araşdırmaçıları, xüsusi dalğalı bir maqnetik sistem yaratdı. Bu da cihazların daha məhsuldar işini təmin edir.

Ənənəvi elektron istilik çevrilməsi səbəbiylə cihazların istilikləri yüksəlir. Bunun səbəbi cihazın içərisində davamlı hərəkət halında olan axındır. Bu üsul həm cihazın məhsuldar olmasına mane olur, həm də enerjinin boşa getməsinə səbəb olur.

Araşdırmaçılar, ənənəvi elektronikdə istifadə edilən elektron üsullarını istifadə etmək yerinə maqnitlənməyi dəyişdirməkdə xüsusi dalğaları istifadə etməyi bacardı.

Yeni keçid sistemi, hərəkətli enerji yığımını geridə buraxır. Halıyla daha az istilik çevrilməsi olur. Bu da ümumiyyətlə sistemin davamlı olaraq istiləşməsinin qarşısını alır. Araşdırmanın rəhbəri professor Yanq, istiləşmə problemləriylə sıx qarşılaşdıqlarını və bu problemləri ortadan qaldırmaq üçün belə işlər gördüklərini söylədi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png