Məlum olduğu kimi, dünən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilməlidir. Bunu nəzərə alaraq, çalışanların məsafədən iş rejiminin təmin edilməsi üçün vacib olan internetə qoyulan məhdudiyyət qaldırılacaqmı? Mövzu ilə bağlı danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, internetə tətbiq olunan məhdudiyyətlə bağlı yenilik yoxdur: “Hazırda məhdudiyyətin qaldırılması ilə bağlı heç bir yenilik yoxdur. İnternet məhdudiyyəti Azərbaycan ərazisində internetin olmaması anlamına gəlmir. Bütün bu məhdudiyyətlər Telekommunikasiya haqqında Azərbaycan Respublikasının qanunu ilə, eyni zamanda hərbi vəziyyətdə rabitədən istifadə haqqında xüsusi qaydalara əsasən tətbiq olunub. Hərbi vəziyyətdə bu halın yaşanması normaldır. İnternetin verilməsini məhdudlaşdırmasaq, düşmən kiberhücumları birbaşa dövlət infrastrukturuna zərər vuracaq”. G.Gözəlovanın sözlərinə görə, vətəndaşlar alternativ platformalardan istifadə edib, dezinformasiyanın yayılmasına qarşı çıxmalıdır.
İnternet məhdudiyyəti aradan qaldırılacaq? — AÇIQLAMA



İnternetə məhdudiyyət nə zaman ləğv olunacaq?
SON DƏQİQƏ: İnternetə qoyulan məhdudiyyət bitdi!
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir
İnternetin sürəti niyə azdır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda internetin sürəti niyə zəifdir?
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
Azərbaycanda internet nə zaman açılır? - RƏSMİ
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
VPN-nə SON: Nazir tarix açıqladı
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi
DYP-dən əhaliyə vacib müraciət - BU TARİXƏ KİMİ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 