Ermənilər Azərbaycanın tarixi torpağı olan Zəngəzura iqtisadi yolla qayıdacağını proqnozlaşdırırlar. ONN media xəbər verir ki, erməni şərhçi Ruben Danielyan Azərbaycanın Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacağını yazır: “Əvvəl nəqliyyat-kommunikasiya əlaqələru qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər. Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar. Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq. Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq”. Ermənçi şərhçi hesab edir ki, bölgədə yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq. “Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca bölgədə əlavə anbarlar açılacaq. Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar. Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq. Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək. Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq. Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək”, - o qeyd edir. Azərbaycanın tarixi torpağı olan Zəngəzur Ermənistanın BMT tərəfindən tanınan sərhədləri tərkibində qaldığı üçün bölgəyə iqtisadi rahatçılıqla qayıtmaq ən unikal yolu da budur.(publika.az)
Azərbaycan Zəngəzuru belə qaytaracaq - Ermənilər DETALLARI AÇDI



Bu yol da Azərbaycanın nəzarətinə keçir
Paşinyan Zəngəzuru da Azərbaycana verib
Türkiyə şəhidlərinin övladları Azərbaycana səfər edəcək
Ermənilər Zəngəzuru TƏRK EDİR
Melkonyan: Ermənistan türklərin olacaq
İrəvanda qorxu artır: Azərbaycan və Türkiyə ordusu hərəkətə keçdi
Türk PA iclasında Zəngəzur dəhlizi müzakirə edildi
İqdır təxribatına cavab: İrəvan türk torpağıdır
Bu ərazidəki ermənilər köçürülür
COP29-un Bakı üçün müsbəti nədir?
Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 