“Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib və artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib”. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib. O qeyd edib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır: “Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb”. TƏBİB rəsmisi bildirib ki, ölkədə istifadə edilən vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: “Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. Hər kəs bilməlidir ki, virusun törətdiyi xəstəliyik öldürücülük, xəstəliyin ağırlığı nöqteyi-nəzərdən əvvəlki ştammlardan fərqlənmir. Qorunma tədbirlərinə ciddi əməl edilməlidir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb. Bundan sonra da vaksinasiya işləri davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”. A.Qurbanov əlavə edib ki, yeni ştammların törətdiyi xəstəliyin müalicəsi əvvəlki ilə eynidir: “Heç bir dəyişiklik yoxdur. Qorunma tədbirləri də eynidir. Sürətlə yayılmaya görə qorunma tədbirlərinə ciddi yanaşmaq lazımdır. Çünki yoluxma nə qədər sürətlə yayılsa xəstəlik də bir o qədər çox olacaq. Həkimlərin heç bir əlavə təlim keçməsinə ehtiyac yoxdur. Müalicə üsulları eyni olaraq qalır. Əvvəlki virusdan sadəcə daha yoluxucudur. Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Tibbi maskadan istifadə, əl gigiyenası, sosial məsafə, sıxlıq olan yerlərdən uzaq durmaq, lüzumsuz təmaslardan çəkinmək lazımdır. Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıblar. Bütün insanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Çünki peyvənddən başqa qoruyucu vasitəmiz yoxdur”.
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ



TƏBİB: Britaniya ştammını uşaqlar ağır keçirəcək - VİDEO
TƏBİB sədrindən XƏBƏRDARLIQ: “Virusun yayılması çoxalarsa...”
TƏBİB-dən açıq havada maska AÇIQLAMASI
“Mü” ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - AÇIQLAMA
TƏBİB rəsmisi: Azərbaycanda Hindistan ştammı...
Azərbaycanda ciddi qapanmalar OLA BİLƏR - Həkimdən ŞOK XƏBƏRDARLIQ
“Britaniya ştammı” da mutasiyaya uğradı
Azərbaycanda koronavirusun yeni ştamı varmı? – RƏSMİ
Mutasiyaya uğramış koronavirusla bağlı ŞAD XƏBƏR
Bu təhlükə Azərbaycanın bir addımlığında - VACİB XƏBƏRDARLIQ
Azərbaycanda 3-cü dalğa başladı - Professor
"Əminəm ki, hər kəsin bir yaxını koronavirusa yoluxacaq…”" — TƏBİB sədri
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 