Aprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı vacib məqamlar açıqlanıb. ONN media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək. Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müdətlik vizasız turistik səyahət edə biləcək. Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə "Giriş-Çıxış Forması" veriləcək ki, bu fomada giriş-çıxış ştampları qeyd olunacaq. Hər iki ölkə vətəndaşları həmin "Giriş -Çıxış Forması"nı Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə gəzdirməli və giriş-çıxış zamanı sərhəddə müvafiq səlahiyyətlilərə şəxsiyyət vəsiqəsi ilə birgə təqdim etməlidir. Səfirlik bildirib ki, Azərbaycana yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələrini itirdiyi təqdirdə geri qayıtmaq üçün lazım olan müvəqqəti pasporta müraciət edərkən fotoşəkil və şəxsiyyət vəsiqəsinin nömrəsi olan başqa bir sənəd təqdim etməlidir. Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir. Yaşayış icazəsi müraciəti zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edilə bilməz. Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox etibarlılıq müddəti olan pasportlarla qalmaq icazəsi üçün müraciət edə bilərlər. Azərbaycana daxil olan bütün xarici vətəndaşlar bu ölkədə on beş gündən çox qalmaq niyyətində olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətinə (//eservice.migration.gov.az/) ünvan barədə məlumat verməlidir. Azərbaycanda 15 gündən çox qalacaq Türkiyə vətəndaşları da bu tələbi vaxtında yerinə yetirməlidir. Səfirlikdən, həmçinin bildirilib ki, COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə yalnız Azərbaycanda yaşamaq üçün icazəsi olan və ya yaxın qohumu (valideyn, arvad, övladı) Azərbaycan vətəndaşı olan xarici vətəndaşların Azərbaycana girişinə icazə verilir. Bu sahəyə daxil olmayan xarici vətəndaşlar Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən ölkəyə giriş icazəsi almalıdır.
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getməyin - ŞƏRTLƏRİ



Bu tarixdən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edilə biləcək
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilməyəcəksiniz – BU HALDA
İki gün sonra QÜVVƏYƏ MİNİR: XİN-dən AÇIQLAMA
Azərbaycan vətəndaşıları Türkiyəyə bu sənədlərlə gedəcəklər – SİYAHI
Çavuşoğludan tək şəxsiyyət vəsiqəsilə Azərbaycana səyahət PAYLAŞIMI
15 yaşı tamam olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Məktəbəhazırlıq üçün niyə şəxsiyyət vəsiqəsi istənilir?
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getmək olar?
Bu vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək
SON DƏQİQƏ: Türkiyə və Azərbaycan arasında pasport rejimi LƏĞV EDİLİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 