Bildiyimiz kimi, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cumhuriyyəti ili"nin elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.
“Turan Araşdırma Mərkəzi” İB-dən ONN media-ya verilən məlumatda bildirilir ki, bu məqsədlə "Turan Araşdırma Mərkəzi" tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Növbəti tədbirlərdən biri də, 16 iyul saat 12.00 - da Azərbaycanda Atatürk Mərkəzində "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda "Turan Araşdırma Mərkəzi" İB-in (Azərbaycan) təşkilatçılığı və "İstanbul Azərbaycan Kültür Evi" (Türkiyə) dərnəyinin geniş tərkibdə iştirakı ilə birgə beynəlxalq elmi praktik konfransın keçiriləcəyi nəzərdə tutulub.
Bu məqsədlə 15 iyul 2018-ci il tarixində konfransda iştirak edəcək “İstanbul Azərbaycan Kültü Evi”nin üzvləri “Turan Araşdırma Mərkəzi” ilə birlikdə Fəxri Xiyabana gedərək orada müasir Azərbaycanın qurucusu ümumilli lider Heydər Əliyevin və Azərbaycanın Fəxri xiyabanda uyuyan tanınmış simalarının məzarlarını ziyarət ediblər.
Eyni zamanda Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün abidəsini və Şəhidlər xiyabanının ziyarət edərək, 20 yanvar, Qarabağ və Qafqaz İslam ordusunun Azərbaycan torpaqları uğrunda canını fəda etmiş mərd oğulların da məzarlarını ziyarət etmiş və gül dəsdələri qoymuşdular.
Sonda Azərbaycan Tarix müzeyində Türkiyədən gələn qonaqlar Azərbaycanın tarix, arxeologiya, etnoqrafiya, botanika, zoologiya, mineralogiya, geologiya, təsviri incəsənət və bədii sənətləri ilə tanış oldular.



"Turan Araşdırma Mərkəzi" "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirəcək
TAM-ın növbəti tədbiri keçiriləcək
“Cümhuriyyət bizə milli kimliyimizi qaytardı”
Bakıda beynəlxalq simpozium keçiriləcək
Beynəlxalq Multkultural Şəbəkə Türkiyədə AXC-nin 100 illiyi münasibətilə tədbir keçirdi
Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub
"Tarixini unutma!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
Prezidentdən millət vəkilləri ilə bağlı – Sərəncam
AMEA-da "Cümhuriyyətin yaranmasının 100 illiyi"nə həsr olunmuş tədbir keçirib
"Vətən yaşasın!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 