Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
Teatrın mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edib.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Qeyd edək ki, bu ilin martın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsinin açılışı olub. Yeni səhnədə ilk dəfə məhz “Bir, iki – bizimki!” tamaşası təqdim edilib.



Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
" Qəribə, çox qəribə əhvalat" əsəri səhnələşdiriləcək
Milli Dram Teatrı yeni tamaşasını növbəti dəfə təqdim edəcək
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
“Edama məhkumun son günü” nümayiş olunacaq
Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
Vaqif Səmədoğlunun xatirəsi anılacaq
Milli Dram Teatrı mövsümü bu tamaşası ilə yekunlaşdıracaq
Yeni layihə: “Gəlin teatra gedək”
Füzuli Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib
Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu
Şəki Dövlət Dram Teatrı mövsümü bu tamaşa ilə açdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 