ONN media xəbər verir ki, ötən ay oxucularla görüşə gələn və ilk sayından maraq doğuran “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin növbəti – dekabr buraxılışı çapdan çıxıb.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Afişa” əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə teatr tamaşaları, konsertlər, filmlər və sərgilərin yeri, günü, saatı barədə məlumatlarla bərabər, onların bəziləri haqqında (mövzusu, yaradıcı kollektiv və s.) qısa yazılar, anons-informasiyalar fotolar da verilib.
“Mədəniyyət+Afişa”nın bu sayında da paytaxtın əksər mədəniyyət məkanları əhatə olunub. Nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ teatrları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Dövlət Mahnı Teatrı, Bakı Dövlət Sirki, Nizami Kino Mərkəzi, “Cinema Plus” və “Park Cinema” kinoteatrları, eləcə də sərgi qalereyalarında tamaşaçıları gözləyən ən müxtəlif tədbirlər əksini tapıb. Həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub. Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan “Afişa” əlavəsində hər kəs öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Mədəniyyət+Afişa” Mədəniyyət Nazirliyinin və “ASAN Xidmət”in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Nəşrin dekabr buraxılışını paytaxtdakı “ASAN Xidmət” mərkəzlərində, eləcə də Bakı şəhəri üzrə afişa və repertuarı əhatə olunmuş bütün mədəniyyət ocaqlarında pulsuz əldə etmək olar.
Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətinə informasiya dəstəyi verməkdir.



Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
Bu şəxslərə ŞAD XƏBƏR - 1,8 milyon manat ayrıldı
Mədəniyyətimizin yeni bələdçisi “Gulture Guide” kataloqu işıq üzü görüb
Opera və Balet teatrının dekabr repertuarı
Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
Milli Dram Teatrı mövsümü bu tamaşası ilə yekunlaşdıracaq
Xalq artisti vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Operativ Qərargaha müraciət etdi
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 