ONN media xəbər verir ki, ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Gulture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. Xatırladaq ki, “Baku Guide” markası altında daha öncə eyniadlı turistik jurnal-kataloq nəşr edilirdi. “Baku Guide”ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.
Nəşr Azərbaycan haqqında, ölkəmizin tarixi və müasir inkişafı, mədəni irsi ilə bağlı təqdimat yazısı ilə açılır. Mədəniyyətimizin ayrı-ayrı sahələri, Azərbaycanın dünya sivilizasiyasının ən qədim məskənlərdən biri olması, tarixi əraziləri, dövlətçilik keçmişi, Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik illərində ölkəmizin keçdiyi yol diqqətə çatdırılır. Ölkəmizin hər il mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilir, 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilir. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı, 2019-cu ilin ölkəmizdə da “Nəsimi ili” elan olunduğu vurğulanır. Bildirilir ki, Azərbaycanın bir çox qeyri-maddi və maddi mədəni irs nümunələri UNESCO tərəfindən dünya mədəniyyəti xəzinəsinə daxil edilib.
Azərbaycan xalçaları haqqında yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən bəhs olunur.
Aprelin 18-i Beynəlxalq abidələr və tarixi yerlər günüdür. UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə təsis olunan bu gün hər il ölkəmizdə də qeyd olunur. Bu mövzuya dair yazıda Azərbaycanın qədim abidələr diyarı olduğu, Naxçıvanda Möminə xatın türbəsi, Şəki xanlarının sarayı, Bakıda Şirvanşahlar saray kompleksi kimi abidələrin Şərq və dünya memarlığının möhtəşəm nümunələri kimi tanındığı diqqətə çatdırılır, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır.
“Hər zaman bizimlə olan bayram” – bu başlıq altında dərc olunan yazıda milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruz bayramının bu il də ölkəmizdə müxtəlif festival və şənliklərlə qeyd edildiyi vurğulanır.
“Gulture Guide”ın oxucularına Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı haqqında da məlumat verilir, festivalın aprel ayında hansı rayon və şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.
Nəşrdə paytaxtda fəaliyyət göstərən teatrlar, konsert məkanları, muzeylər, kino və sərgi zallarının aprel ayı üzrə afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında yığcam informasiya, ünvan və telefon nömrələri, Azərbaycan Milli Kitabxanası, 2018-ci ildən fəaliyyət göstərən Bakı Kitab Mərkəzi haqqında məlumat verilir. Həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan bəhs olunur.
Ölkəmizin qonaqlarına mədəniyyətimizin bələdçiliyini edən nəşr nəfis tərtibatda hazırlanıb. Nəşrin üz qabığındakı lirik mənzərə – dünya şöhrətli rəssamımız Səttar Bəhlulzadənin "Kəpəzin göz yaşları" əsəri isə bu bələdçiliyə ilk andam xüsusi ovqat qatır.



“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin dekabr sayı çapdan çıxıb
Prezident Şəki Xan Sarayı ilə bağlı xalqı təbrik etdi
Tovuzda bədbəxt HADİSƏ
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
İlham Əliyev "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olub
Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ
3 gün müddətlə küçəyə çıxma məhdudiyyəti davam edəcək - Ərdoğan ELAN ETDİ
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
UNESCO-nun sertifikatları Anar Kərimova təqdim edildi
Dağlıq Qarabağın azərbaycanlı icmasından beynəlxalq təşkilatlara MÜRACİƏT
Prezident və xanımı ticarət mərkəzinin açılışında iştirak edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 