ONN İnformasiya Agentliyi

Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq

Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
13 Yanvar 2020 - 20:44
Fevralın 4-də Xalq artisti Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.

ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bu münasibətlə fevralın 4-ü saat 19:00-da Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png