ONN İnformasiya Agentliyi

Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü

Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü
23 May 2018 - 0:18

ONN media xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Beynəlxalq Altın Göl mükafatına layiq görülüb. Anadolu Basın Birliyi tərəfindən təşkil edilən tədbirdə mükafatı millət vəkili Qənirə Paşayevaya Anadolu Basın Birliyi Vat bölməsi başqanı Ayhan Yazıq və Van Böyükşəhər baş katibi Mustafa Yalçın təqdim edib.

Təqdimat zamanı millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyasına göstərdiyi xidmətlərdən, Türk  mədəniyyəti, ədəbiyyatı, sənətinə  xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addıımlarından dolayı bu mükafata layiq görüldüyü bildirilib.

Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri,  yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçirilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva deyib ki, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydın qadınlarını  rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. 

Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə nə qədər güclənərsə, bu, Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” – deyib. 

Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək  Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş  torpaqlarının da işğaldan azad ediləcəyini bildirib:

 “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png