ONN İnformasiya Agentliyi

Rəfael Dadaşovdan YENİ XƏBƏR

Rəfael Dadaşovdan YENİ XƏBƏR
12 Dekabr 2019 - 17:42

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: “Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq”.

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png