ONN İnformasiya Agentliyi

Xalq artistinin dəfninə kimlər gəlmədi?

Xalq artistinin dəfninə kimlər gəlmədi?
09 May 2018 - 5:35

Son günlər müzakirə olunan mövzulardan biri də xalq artisti Fuad Poladovun dəfn mərasimində bəzi şəxslərin iştirak etməməsidir.

ONN media xəbər verir ki, dəfn mərasimində aktyorun sənət yoldaşları, dostları və sevənləri ilə yanaşı, mədəniyyətlə bağlı demək olar ki, bütün qurumların rəhbərləri, teatrların direktor və kollektivləri iştirak edib. Dəfndə olanlar arasında Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, "Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov da olub.

Həmçinin bu məsələdə adı müxtəlif formada hallanan Azərbaycan Milli Dram Teatrının direktoru, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azər Paşa Nemətov da dəfn mərasimində və yasda iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən isə nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədov mərasimə qatılıb. Nazir və nazir müavinləri isə dəfn mərasiminə və yasa getməyib.

Qeyd edək ki, Azərbaycan teatr və kino sənətinin əsas simalarından olan xalq artisti Fuad Poladov mayın 5-də dünyasını dəyişib. Ötən gün mərhumun 3 mərasimi idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png